WOW
WOW

Samirdən uzun müddət sonra yeni mahnı!

Samirdən uzun müddət sonra yeni mahnı!

Uzun aradan sonra müğənni Samir Cavadzadə sənətində çoxdan gözlənilən mahnıya ekran həyatı verərək, geri dönüş edib.

OLAY yazır ki, “De ona” adlanan mahnısına klip çəkdirən sənətçi artıq mavi ekranlarda da görünməyə başlayıb. Söz və musiqisi Orxan Mürvətliyə aid olan mahnıya çəkilən klipə rejissorluğu Xəyal Murtuzov edib. Layihənin rəhbəri isə Səfər Zamandır.

Qeyd edək ki, Samir Cavadzadə ötən həftə şou-biznesdə ona yaxın olan tanınmış simaları başına yığaraq, həm doğum gününü qeyd edib, həm də sözü gedən klipin təqdimatını etmişdi.