WOW
WOW

“Çox səyahətə pulsuz gedirik”

“Çox səyahətə pulsuz gedirik”

Tez-tez istirahətə yollanan müğənni Sevda Yahyayeva səyahətlərindən danışıb.

OLAY yazır ki, sənətçi bu barədə “Həmin Zaur” verilişində qonaq olarkən açıqlama verib.  Sevda deyib ki, çox səyahətə pulsuz gedirlər:

“Biz istirahətə pulsuz gedirik. Bizim çox səyahətimiz pulsuz başa gəlir. Təyyarə biletləri pulsuz olur. Çünki mənim instaqramda 1 milyon 800 minə yaxın izləyicim var. Ona görə reklam xarakterli olur. Həmişə gəzib görmək istəmişəm. Elə insan qarşıma çıxdı ki, o da həm həkim, həm də səyyahdır. Eyni düşüncədəyik, bir-birimizə qoşulub gəzirik”.