WOW
WOW

Anar Nağılbazın övladları efirdə

Anar Nağılbazın övladları efirdə

“Xəzər axşamı” proqramı mərhum reper Anar Nağılbazın evində qonaq olub.

OLAY yazır ki, sənətçinin övladları atalarından danışıblar.

Tamerlan qeyd edib ki, atası vəfat etdikdən sonra heç bir məşhur onları yada salmayıb. Sadəcə Ramil Nabran və Rəsul Abbasov Nağılbazın ailəsinə dəstək olub. O bildirib ki, yeni layihə hazırlamaq üçün tanınmış reperlərdən birindən kömək istəyib. Lakin ifaçı buna “vaxtım yoxdur” deyərək etiraz edib.

Çəkiliş zamanı Anar Nağılbazdan qalan şəxsi əşyaları da nümayiş olunub.

Qeyd edək ki, sirrozdan əziyyət çəkən Anar Nağılbaz 2018-ci ildə vəfat edib.