Xalq artisti Zülfiyyə Xanbabayeva repertuarında oxumaq istəmədiyi mahnıları olduğunu deyib.
OLAY yazır ki, bu barədə “Söhbət var” verilişində danışan sənətçi həmin ifalarından birinin adını adını açıqlayıb.
“Mənim repertuarımda istəmədiyim mahnılar da olub. Məcbur olmamışam. Oxumamışdan əvvəl düşünmüşəm ki, oxuyum, oxumayım. Əlbəttə ki, heç kim məni onu oxumağa məcbur edə bilməz. Xətir söhbəti olub arada. Həmin mahnılar “hit” olub. O mahnılardan birini deyə bilərəm. “Anladım sonunda” mahnısı. Mahnını yazdım, bitirdim, Gövhər Həsənzadənin mahnısı idi. Sonra çıxdım dedim ki, bu mənim mahnım deyil. Bir neçə müğənniyə getdi, gördülər ki, mən oxumuşam qəbul etmədilər. 31 dekabrda yeni il çəkilişi idi, mahnını oxudum. Dedim mahnını bir dəfə verirsiniz, onunla da bitdi. Mahnı oldu “hit”. Bu günə qədər o mahnı dinlənilir”, - deyə, Xalq artisti söyləyib.