İnfluenser Şəfəq Məmmədova (wefegm) növbəti paylaşımıyla diqqət çəkib.
OLAY yazır ki, bloger mühasiblərin vaxtında ödəniş etməmələrindən gileylənib.
“Hər şey çox eleqant başlayır. Şirkət nümayəndəsiylə alqı-satqını edirsən, iş gəlir mühasibə çatır. Bir aydan sonra yalvara-yalvara müqaviləni yollayırlar. Ora imza çək, bura imza çək, barmaq izini vur, ünvanlara yolla. Taksiylə 20 manat yol pulu çıxır. Bir aydan sonra, nəhayət, qaimə kəsmək söhbəti gəlir. Qaiməni tez-tələsik kəsirsən ki, bu dəqiqə ödəniş olacaq. Pul alana qədər heç nə deyə bilmirsən axı. Dişin dişini yeyib əsəbdən. Gəlir 5-ci günə düşür. Hələ səbirlə yazırsan ki, ödənişi ödəyə bildiniz? Deyir ki, bu gün 5-ci gündür, inanmıram çatdırım. Niyə çatdırmırsan? 5-ci gün gün deyil? 1-ci gündən fərqi nədir”, - deyə, o, söyləyib.