WOW
WOW

Dilarənin yanında küsülü olduğu Samirəni təriflədi

Dilarənin yanında küsülü olduğu Samirəni təriflədi

Aparıcı Elgiz Əkbər Avroviziya təmsilçilərindən gileylənib.

OLAY yazır ki, bu barədə o, “Elgizlə izlə” verilişində danışıb. Aparıcı həmçinin bir müddət öncə tənqid etdiyi Eldar Qasımovdan söz açıb:

“Avroviziya təmsilçilərinə xüsusi tapşırırlar ki, oradan gələndən sonra bir müddət efirə çıxmayın? Hətta biri daha qabağa getdi. Onunla barışmışam. Yenə də deyəcəyəm. Adını çəkmirəm. Rus dilində danışmağa başladı. Baxdım ki, hər yerdə rusca danışmağa, yazmağa başlayıb. Mən də Konservatoriyanın qarşısında dayanmışdım. Özü də istiqanlı uşaqdır. Mənə də dedilər ki, filankəsin nəvəsidir. Dedim, nə gözəl. Mən sizə demək istəyirəm ki, Azərbaycan dili dünyada ən gözəl dildir. Mədəni və seçilmək istəyən insanlar, düşünürsünüz ki, rusca danışaraq digərlərindən fərqlənəcəksiniz. Böyük səhvə yol verirsiniz. Mən orada utandım, qızardım, çünki uşaqlar hamısı ingilis dilində danışırdılar. Özümü elə aparırdım ki, guya başa düşürəm. Amma anlamırdım. Sən seçilmək istəyirsən. Kənardan pis görünür. Ola bilər ki, Dilarə Azərbaycan dilini pis bilir, sözləri səhv deyir. Deyərəm ki, bilmir, yola verək. Sən Azərbaycan dilini mükəmməl bilirsən. Belə çıxır ki, özünə sığışdırmırsan? Buradan onu bağrıma basıram. Mən bu açıqlamanı əsəbi şəkildə vermişdim. Gördüm ki, sonradan öz dilimizdə müsahibələr verir. Sənə halal olsun, nəticə çıxardın”.

Elgiz müsabiqə iştirakçılarından onun proqramına gələnlərin adını çəkib:

“Digər bir məsələ. Biz hər il əlimizdə bayraqlarla özümüzü həlak edirik. Bizim verilişimiz Avropada da gözəl baxılır. Ona görə istəyirdim ki, buradan təbliğ edək. Özümüzü öldürük. İndiyə qədər mənim jestlərimi iki təmsilçi qiymətləndirib. Biri Samirə Əfəndi. Valideynləri deyib ki, sən yarışmada olanda Elgizin verilişində səninlə bağlı danışırdılar. Digəri də Nadir Rüstəmli. O birilər qiymətləndirməyib”.

Bu zaman efirdə qonaq olan təmsilçimiz Dilarə Kazımova Elgizə “Mənə dedilər ki, siz mən yarışmada olanda haqqımda pis danışmısınız. Yenə də müsabiqədən sonra siizn efirə gəldim”, - deyə, bildirib.

Aparıcı isə bunu qəti şəkildə qəbul etməyib: 

“Üstümə şər atıblar. Necə ara vururlar. Pis deyənin dilindən çiban çıxsın. Əksinə Dilarə deyə-deyə özümü həlak etmişəm. O adamla məni üzləşdir”.

 Qeyd edək ki, Dilarə Əfəndi ilə küsülüdür.