Müğənni Azad Şabanov “Yeni ulduz” yarışması barədə danışıb.
OLAY yazır ki, müsabiqədə ikinci olan sənətçi bu barədə qonaq olduğu “Elgizlə izlə” verilişində söz açıb:
“O illər unudulmaz idi. Allah Oqtay Əliyevə, Ruhəngiz Qasımovaya rəhmət etsin. Ən çətini yarışmadan sonra idi. Onda hamıya lazımsan – efirə və sairə. Yarışma bitəndən sonra olursan tək. O da çətindir”.
Qeyd edək ki, uzun illərdir səhnədə olan A.Şabanov 29 mayda ilk solo konsertini verməyə hazırlaşır. Onun tədbiri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının yay zalında baş tutacaq.