Müğənni Nura Suri onun bir oğlanın güdməyi ilə bağlı yalan danışdığını etiraf edib.
OLAY yazır ki, bu barədə sənətçi “İncə səhər” verilişində danışıb. Nura deyib ki, bu, yeni klipinin PR-ı üçün atılan addım imiş:
“Xarici müğənnilər bir layihəni çıxarmazdan əvvəl belə “promo” video çəkilir. Onlar daha peşəkar çəkir. Mən isə düşündüm ki, peşəkar çəkiliş etsəm, bizimkilər tutacaq. Ona görə telefonla çəkdim. Bu ideyanı da Cabir Əliyev verdi. Bir gündə aləm dəydi bir-birinə, saytlar yazdılar”.
Daha sonra Nura həmin oğlanın videosunu paylaşıb. Görüntüdə o şəxsin müğənninin evinə gəlməsi və onların birgə yeni klipi izləməsi yer alıb.