WOW
WOW

“Bilirsiniz, meydanı kimlərə vermisiniz?!”

“Bilirsiniz, meydanı kimlərə vermisiniz?!”

“Dəyərli sənətkarlarımıza səslənirəm, efirlərə çıxın”.

OLAY yazır ki, bu sözləri “Rəngarəng səhər” verilişində müğənni Nazənin Salayeva deyib. Sənətçi həmkarlarına səslənərək bunları söyləyib:

“Mən aparıcılarda günah görmürəm. Sənətkarlarımız efirə çıxsın. Bizim səhnəmiz, efirlərimiz, verilişlərimiz belə olmamalıdır. Dəyərli sənətkarlarımız var. Siz kənara çəkildikcə, meydanı bilirsiniz kimlərə vermisiniz? Demək, istəmirəm. Həm Xalq artistləri, həm də fəxri adı olmayan böyük sənəti olan xanəndələrimiz, müğənnilərimiz. Efirə çıxın. Belə getsə, hər şey itəcək”.