WOW
WOW

“500 manat verirsən, trenddə olursan”

“500 manat verirsən, trenddə olursan”

Xalq artisti Nazpəri Dostəliyeva gənc ifaçılardan danışıb.

OLAY yazır ki, sənətçi onların ödənişlə trenddə qaldıqlarını deyib. Bu barədə o, “Zaurla Günaydın” verilişində söz açıb.

“Gənclər bu gün əllərinə bir yol alıblar. Hansı çıxır, deyir “Trend oldu”. 500 manat verirlər... Sirri açdım. Mən eşitmişəm, dəli olmuşam. Mənim başıma hava gəlib. 500 manat verirsən, neçə ay, neçə həftə istəyirsən, trenddə olursan. Nə qədər pulun var, verirsən, birinci olaraq qalırsan”, - deyə, Dostəliyeva söyləyib.