Əməkdar artist Elza Seyidcahanın növbəti çıxışı müzakirələrə səbəb olub.
OLAY yazır ki, sənətçi “Yaxşı deyək, yaxşı eşidək” proqramında rəqs edən qızın oğlan kimi oynadığını deyərək, onun müəlliminin, valideynlərinin ünvanına sərt sözlər söyləyib:
“Ay camaat, uçuruma gedirik. Biabırçılıq. Çərxi-fələk tərsinə dövran edir indi, qızlar oğlan olur, oğlanlar qız olur indi. Bunu sənə kim öyrədib? Sən oğlansan? Oğlanlar da oriental rəqs oynayırlar. Bəzi məclislərə gedirsən, oğlan gəlir oriental rəqs oynayır. Bəzi müəllimlər uşaqları bədbəxt edirlər. Bu gözəl qızı oğlan ediblər, kobud ediblər. İncə rəqsini nə günə qoyublar. Ana-ata da bilmir, fəxr edir ki, “Mənim qızım oğlan kimi oynayır”. Kişilərimizin rəqsi ayrıdır, qızların rəqsi ayrıdır. Roza Cəlilova (red. - Xalq artisti Roza Cəlilova) o gün 96 yaşında bir rəqs edir ki. Hind rəqsi var, ərəb rəqsləri var, Azərbaycan rəqsi var. Sonra deyirlər, Elza Seyidcahan təhqir edir. O, mənim musiqimi təhqir edir”.