Səhhətində problem yaranan Xalq yazıçısı Çingiz Abdullayevdən xəbər var.

OLAY “Qafqazinfo”ya istinadən yazır ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib: “Hazırda Çingiz müəllim yaxşıdır. Hələ ki evə buraxılmayıb”.

O, həmçinin Ç. Abdullayevin gələn həftə işə çıxacağını da əlavə edib.

Qeyd edək ki, Çingiz Abdullayev Mərkəzi Gömrük Xəstəxanasında reanimasiyaya yerləşdirilib. O, 4 gün öncə zəhərləndiyinə görə xəstəxanaya aparılıb, sonra evə buraxılıb. Ötən gün onun halı yenidən pisləşib.