WOW
WOW

“100 qat daha ağır yaşamışam, birini göstərmişəm”

“100 qat daha ağır yaşamışam, birini göstərmişəm”

“Bir neçə il öncə çox pis olduğum halda belə sanki səhnəyə çıxırmış kimi daim gülərüz olmağa çalışırdım. Özümü məcbur edirdim ki, bu mənim işimdir. Bunu dayandıra bilmərəm, insanlara mənfi yükləyə bilmərəm. Doğru edirdim”.

OLAY yazır ki, bu sözləri “4.1agency”ə müsahibəsində influenser Aynişan Quliyeva deyib. O bildirib ki, influenser kimi fəaliyyətində istifadəçilərinə neqativ enerji ötürməyi sevmir:

“Çünki o zaman qınıma çəkilən vaxtım deyildi. Özümü təsdiq vaxtım idi ki, kiməm, nəçiyəm, kim olmaq istəyirəm? Bunu indi rahatlıqla edirəm. İşimi bilirlər, sənətimə həssaslıqla yanaşmağımı bilirlər. Paylaşmamağıma səbəb o demək deyildi ki, gücsüzlüyümü göstərməkdən utanırdım. Yox. Sadəcə insanları yükləyən deyiləm. Onu 100 qat daha ağır yaşamışam, amma bir qatını göstərmişəm, insanlar bizə baxırlar, elə bilirlər, hər şey əladır. Həmişə deyirəm, həyat ürək döyüntüsünə oxşayır. Qalxırsan, enirsən. 

Yuxarıda da qala bilmirsən, aşağıda da. Həyatımda hər şeyi rahatlıqla qəbul etməyə başlamışam. Hansısa dönəm gələndə panikaya düşmürəm, deyirəm, aha burada nəsə açar var. Sən buradan düzgün keçəcəksən, sonra uçuş olacaq. O qədər yaşamışam və əminəm ki... Yaxud da uçuş olanda özümü itirmirəm. İndi bunu səsləndirəcəm, bilmirəm nə qədər düzgün qarşılanacaq. Mən özümdən ilham alıram. Keçmişimə baxıram, istər zahiri, istərsə də, daxili. Deyirəm, sən özünü yaratdın, dəyişdirdin, inkişaf etdirdin. Hər dəfə bir kitabı bitirəndə güzgüyə baxırdım, üz cizgilərim, gözümün ifadəsi dəyişirdi. Mən tanımadığım insanı özümə ilahiləşdirə bilmərəm”.