WOW
WOW

Yerli serialımız ilk dəfə trenddə!

Yerli serialımız ilk dəfə trenddə!

İctimai TV-də yayımlanan “Alatava” serialının birinci bölümü yutubda trendə düşüb.

OLAY yazır ki, ekran işi ölkə sıralamasında 8-ci yerdə qərarlaşıb. Beləliklə, “Alatava” Yutubun Azərbaycan seqmentində trendə düşən birinci yerli serial olub.

Qeyd edək ki, serialda Əməkdar artist Sənubər İsgəndərli, aktyorlar Taleh Yüzbəyov, Kamran Ağabalayev, Abbas Qəhrəman, Azər Aydəmir, İlkin Xəlil, Vüsal Əhmədzadə, İlkin Bəxtiyar, Ədalət Əbdülsəmədov, aktrisalar Zemfira Əbdülsəmədova, Fəridə Şahbazova, Rumiyyə Ağayeva, Aydan Həsənzadə, Kəmalə Onur kimi simalar da yer alır. Ekran işinin ssenarisi isə serialda rol alan Əlixan Rəcəbova məxsusdur.