Film / Serial
Film / Serial

“Alatava”nın çəkilişləri başlayıb

“Alatava”nın çəkilişləri başlayıb

“Alatava” serialının birinci çəkiliş həftəsi başa çatıb.

OLAY yazır ki, bu barədə layihənin rəhbəri Əlixan Rəcəbov məlumat verib. O bildirib ki, İctimai Televiziya üçün hazırlanan ekran işinin çəkilişləri hələ 5 həftə davam edəcək.

Qeyd edək ki, “Alatava”da Əməkdar artist Sənubər İsgəndərli, aktyorlar Taleh Yüzbəyov, Kamran Ağabalayev, Abbas Qəhrəman, Azər Aydəmir, İlkin Xəlil, aktrisalar Zemfira Əbdülsəmədova, Fəridə Şahbazova, Rumiyyə Ağayeva, Aydan Həsənzadə, Əlixan Rəcəbov özü də rol alacaq.

Bundan başqa serialda aktyorlar Vüsal Əhmədzadə, İlkin Bəxtiyar, Ədalət Əbdülsəmədov, Mehman Fətullayev, Nurlan Rüstəmov, Nurlan Süleymanlı, Arif Həkimoğlu, Fuad Cəfərov, Lalə Süleymanova, Kəmalə Onur, Nəzrin Zeynalova da rol alacaq.