WOW
WOW

“Bir oğlan məni güdür” - Video

“Bir oğlan məni güdür” - Video

Müğənni Nura Suri növbəti paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, ifaçı bir şəxsin günlərdir onu güddüyünü deyib və həmin adamın videosunu paylaşıb.

“Dostlar iki gündür bir video çəkib sizinlə bölüşmək istəyirəm. Deməli, hara gedirəmsə, bir oğlan elə bil məni güdür. Kepkadadır, üzünü də tam aydın edə bilmirəm. Məncə, məni güdür. Mən heç kimə şikayət də edə bilmirəm, çünki bilmirəm bu adam kimdir, məndən istəyir, yoxsa təsadüfdür. İndi evdən çıxıram, əgər həmin adam orada olsa, videosunu çəkib sizinlə bölüşəcəm. Mənim özümə də çox təəccüblüdür”, - deyə, o, söyləyib.

Görüntülərdə Nuranın bəhs etdiyi şəxs onun yaşadığı binanın qarşısında, sənətçinin daxil olduğu marketdə görünüb.

****

İfaçı daxil olduğu idman zalının mühafizə xidmətindən həmin şəxslə danışmasını xahiş edib. Çıxışda isə həmin adam onun maşının üzərinə doğru gəlib. Görüntüləri Nura Suri instaqramın hekayə bölməsində paylaşıb.