WOW
WOW

“Əfsus ki, bayağılığı təbliğ edirik”

“Əfsus ki, bayağılığı təbliğ edirik”

Xalq artisti Nəzakət Teymurova növbəti açıqlamalarıyla diqqət çəkib.

OLAY yazır ki, sənətçi bayağı ifaçılardan danışıb. Bu barədə o, “Tarixin bir günü” verilişində söz açıb.

“Bayağılığı təbliğ edirik çox əfsuslar olsun ki. Biz gözümüzü açanda musiqi zövqümüzü kimdən bəhrələnmişik. Şövkət Ələkbərova, Arif Babayev, Hacıbaba Hüseynov kimi bir çox korifey sənətkarlarımızdan. Mənim bacımın nəvəsi bir bayağı ifaçının adını çəkib deyir ki, “Ona bənzəmək istəyirəm”. Deyirəm qızım niyə? O qədər onları təbliğ edirlər ki. Özümüzdən süni şəkildə çox uzaqlaşmışıq. Mən bayaqdan oxuyuram. Bura muğam dəstgahı açmamışam ki. Klassik əsərlərimizdir, ifalarımızdır. Muğam yeri ayrıdır, efir yeri ayrıdır. Biz bəstəkar mahnıları, xalq mahnıları ifa edirik. Simalarıyla bədənlərini göstərmək, mənə elə gəlir ki, bizi bir az geri atır. Gənc nəslin muqisi zövqü korlanır”, - deyə, Teymurova söyləyib.