Müğənni Roza Zərgərli səhnədə “olmazsa olmaz”larından danışıb.
OLAY yazır ki, ifaçı bu barədə “Özəl” verilişində məlumat verib.
“Roza üçün səhnədə “olmazsa olmazlar”. Mənim şəxsi həyatımda nə baş verirsə versin, sevgimi, qəmli-kədərli bir günmü, uğursuzluqmu, nə olursa olsun, bunu tamaşaçı bilməyəcək. Mən bikinidə çıxa bilmərəm. Baxmayaraq ki, mən şəkil çəkdirsəm atəş olar, amma etmərəm. O səbəbdəndir ki, bəlkə, mənim səhnəyə gəlişimlə bərabər artıq övladım var idi deyə, onu düşünərəkdən. Üçüncü olmazsa olmaz, heç bir sənət yoldaşım deyə bilməz ki, mən onun ardınca haradasa nəsə demişəm. Mümkünsüzdür. Hamısı üzə deyilir. Ardınca danışmıram və heç vaxt heç kimin çörəyinə bais olmaram”, - deyə, o, söyləyib.