WOW
WOW

“Qocalığın nəyi gözəldir?”

“Qocalığın nəyi gözəldir?”

Əməkdar artist Sənubər İsgəndərli qocalığı sevmədiyini deyib.

OLAY yazır ki, bu barədə sənətçi “Onunla açıq söhbət” proqramında danışıb. O deyib ki, gəncliyimizin dəyərini bilmirik:

“Gənc olanda gəncliyimizin dəyərini bilmirik. Gənclik gözəllikdir. Gənclik hər şeydir, həyatdır. Qocalığı sevmirəm. O insanların səmimiyyətinə inanmıram ki, qocalıq gözəldir deyir. Qocalığın nəyi gözəldir? 

Qocalıqda nə var? Bu, təbii prosesdir, hamımız keçirik. Allah hər kəsə ömür versin. Sadəcə qocalıq artıq xəstəliklərin başlanğıcıdır. Qocalığın daha çox sevmədiyim tərəfi ətrafın seyrəlməyidir. İtirmək. Çünki şahidi olmuşam, elə bir ahıl insanın ki, ətrafı çox geniş, gözəl dostları olub. Onlar bir-bir sıradan çıxdıqca daha tənha və sonda tək qalıb. Bax, o çox ağırdır. Ahıl yaşında itkilər daha çox olur. Hamıdan çox yaşayırsan və əlini atırsan dostun, güvəndiyin adam yoxdur. Qoca insan... Heç o sözü demək də istəmirəm”.