WOW
WOW

““Flora oxumaq istəmir” demək əvəzinə...”

““Flora oxumaq istəmir” demək əvəzinə...”

Xalq artisti Flora Kərimova növbəti paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, sənətçi mərhum pianoçu Çingiz Sadıqovun müşayiəti ilə olan çıxışını izləyiciləriylə bölüşüb. İfaçı Sadıqovun Azərbaycanda son konserti üçün onun adından qatılmayacağı yönündə cavab verildiyini qeyd edib:

“Ruhunuz şad olsun, Çingiz bəy! Vətəndəki son konsertiniz üçün Sizin dəvətinizə məndən xəbərsiz, mənim dilimdən “Flora oxumaq istəmir…” demək əvəzinə kaş ki, başqa bəhanə uyduraydılar. Barmaqlarınızla dinlənən piano dilləri, müşayətinizlə səslənən nəğmələr belə Sizinçün darıxır”.

Qeyd edək ki, mərhum pianoçu Çingiz Sadıqov 2017-ci ildə Amerikada vəfat edib, elə orada da dəfn olunub.