WOW
WOW

“Blue Mall”da möhtəşəm Ramazan festivalı!

“Blue Mall”da möhtəşəm Ramazan festivalı!

“Blue Mall”da Elxan Paşayevin təşkilatçılığı ilə aprelin 10-dan 14-nə dək hər gün saat 12:00-dan 19:00-a qədər davam edən Ramazan bayramı festivalı baş tutacaq.

OLAY yazır ki, festivala giriş hər kəs üçün sərbəst və ödənişsiz olacaq.

Proqram çərçivəsində, tanınmış müğənnilərin böyük səhnədə çıxışları, möhtəşəm şou, hədiyyələrlə dolu lotereya,  50-dən çox markanın yer aldığı yarmarka, bayram şənliyi və bol-bol əyləncə sizi gözləyir.

Bundan əlavə, festivala master-klasslar, korporativ əməkdaşlıqlar, Ramazan bayramına özəl fotozona, yarmarkadakı markaların loqolarından ibarət “Brandwall”, bayram personajları, xüsusi əyləncəli oyunlar, tanınmış simaların, medianın, rəsmilərin və blogerlərin iştirakı, bayram lotereyasının təşkili, həmçinin  bayramın alış-veriş təlaşına uyğun məhsulların dadlandırılması və satışı da daxildir.

Təkrar diqqətinizə çatdıraq ki, festival 10, 11, 12, 13, 14 aprel tarixlərində hər gün saat 12:00-dan 19:00-dək davam edəcək.

Əlaqə: (+994) 051 241 04 04

İnstaqram: @elkhanpashayev /@bluemall.az