WOW
WOW

“Bacımla məni Zeynəb Xanlarova götürdü”

“Bacımla məni Zeynəb Xanlarova götürdü”

Əməkdar artist Mehriban Xanlarova diqqət çəkən açıqlamalar edib.

OLAY yazır ki, o, “Həftənin qonağı” verilişində bibisi, Xalq artisti Zeynəb Xanlarovadan danışıb.

“3-cü sinifdə oxuyanda böyük bacımla bir yerdə bizi Zeynəb Xanlarovaya verdilər. Orada qaldıq, baxıldıq. Nə yaxşı ki, getdik, bizi götürdülər. Bizi çox istədi, götürdü. Özü istəmişdi. Bəlkə, atama köməklik edirdi. Bütün xərclər Zeynəb xanımın boynunda idi. Amma 8-ci sinifdən mən getdim. Özüm getdim. Qayıtdım valideyn evinə. Ulduz olduğunu hiss etdirmirdi. Sadə idi. Evdə bacım da, mən də iş görürdük. Köməkçilər də var idi”, - deyə, o, bildirib.

Aktrisa Zeynəb Xanlarovanın əlçatmaz ulduz olduğunu dilə gətirib:

“Yeri gəlsə, hərdən mənim də əlim çatmır. Siz necə, mən də elə”.