WOW
WOW

Miri Yusif mahnılarını ailəsindəki xanımlara həsr etdi

Miri Yusif mahnılarını ailəsindəki xanımlara həsr etdi

Xalq artisti Miri Yusif 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə ailəsindəki xanımları təbrik edib.

OLAY yazır ki, sənətçi sosial media hesabında anası, həyat yoldaşı və qızı üçün mahnılarını paylaşıb.

Müğənni mahnılarından “Забери меня мама”nı anasına, “Sənə qurban”ı xanımı Nərgiz Mirbabayevaya, “Qiymətlim”i qızı Adelə həsr edib.

“Qadınlarımız bizim həyatımızın memarlarıdır. Ailəmdəki xanımlar başda olmaqla bütün Qadınları bu özəl gün münasibəti ilə təbrik edirəm. Amma bu dəfə öz mahnılarımla. Yaxşı ki, həyatımdasınız, yaxşı ki, həyatımızda varsınız, əziz Xanımlar”, - deyə, o, paylaşımında yazıb.