Xalq şairi Sabir Rüstəmxanlının xanımı, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı övladlarının boşanma xəbərlərindən sonra paylaşım edib.
OLAY yazır ki, o, oğlu Cəmil Rüstəmxanlının boşandığı deyilən gəlini Günel Rüstəmxanlı, müğənni Elçin Cəfərovdan ayrıldığı iddia edilən qızı Aydan Cəfərova və nəvələri ilə fotolarını paylaşıb.
“Bu qala alınmaz, satılmaz, keçilməz, canlar. Karvan keçir. Övladlarım, canlarım, Allahım sizi pis gözlərdən qorusun”, - deyə, Rüstəmxanlı bildirib.