WOW
WOW

O aktyorun təcavüzünə məruz qaldığını açıqladı

O aktyorun təcavüzünə məruz qaldığını açıqladı

Türkiyəli aktrisa və müğənni Selen Görgüzel növbəti açıqlaması ilə gündəmə gəlib.

OLAY yazır ki, sənətçi ötən günlərdə 2009-cu ildə rol aldığı serialda fiziki təcavüzə məruz qaldığını demişdi. O, sosial media hesabında bu ifadələrinə aydınlıq gətirib.

“Bu gün çıxan təcavüz xəbərlərinə açıqlamamdır: 2009-cu ildə “Zoraki Başkan” serialında yaşadığım bədbəxt olay rejissor Nihat Özcan və aktyor Ferdi Akarnurla bağlıdır. Mövzu ilə bağlı hüquqi müddət tamamlanıb və haqlarımızı qazanmışıq. Mövzunun həssaslığına görə yazılan başlıqlara diqqət etməyinizi xahiş edirəm”, - deyə Görgüzel bildirib.

Qeyd edək ki, açıqlamada sözügedən aktyor Ferdi Akarnur “Çocuklar duymasın”, “Zengin kız fakir oğlan” kimi məşhur seriallarda rol alıb.