Rusiyanın paytaxtı Moskva şəhərində saxlanılan azərbaycanlı məşqçi Kamil Zeynallı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətl törətməkdə ittiham edilir.
OLAY “Sputnik Ermənistan”a istinadən yazır ki, bu barədə məlumatı Ermənistan Daxili İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.
Bildirilir ki, o “qətl törətmək” maddəsi ilə beynəlxalq axtarışa verilib.
Mənbə: “Qafqazinfo”