WOW
WOW

Aynişan depressiyada imiş

Aynişan depressiyada imiş

İnfluenser Aynişan Quliyeva depressiv paylaşımları ilə diqqət çəkib.

OLAY yazır ki, o, həyatında hər şeyə həvəssiz olduğunu paylaşıb.

“Son zamanlar həvəssiz olduğumun fərqindəsiniz, yəqin. Bu sadəcə işimə deyil, hər şeyə qarşı olan yanaşmam idi. Açığı bir neçə dəfə özümü zorla həvəsə gətirməyə çalışmışam. Alınmayıb. Təxmini keçən ilin noyabr ayından bunu hiss edirdim. Tam açıq şəkildə vəziyyətdən xəbərdar idim. Amma özümə güc gələ bilmirdim. Açığı özümə gücüm çatmırdı. Normalda ideya fırtınası olan beynim error verdi. Heç nə düşünə bilmirdi”.

Növbəti paylaşımında isə tez-tez xəstələnməyindən söz açıb:

“Heç nə məni sevindirmirdi. Günləri yola verirdim. Uzun zaman nə baş verir sualından sonra, anladım. Hər şey boynumda yaranan problemdən sonra baş verdi. Hər gün bir məlumat oxuyub depressiyaya düşürdüm. Və digər problemlər yaranmağa başladı. Özüm özümü dibə çəkdim. İş orasındadır ki, bu durum məni heç bir müddət sonra narahat belə etməməyə başladı. Sanki elə belə də yaşamalıyam kimi öyrəşdim. Ən pisi isə bu imiş... Ruhən o qədər düşmüşdüm ki, hər həftə anlamsızca xəstələnməyə başladım. Məni artıq heç nə həyəcanlandıra bilmirdi. Demək insanın həyəcanı bitəndə, ölürmüş”.

Quliyeva tez-tez etdiyi səyahətlərinin də onun üçün maraqsız olmağa başladığını bildirib:

“Artıq səyahətlərim belə maraq qatmırdı həyatıma. Səyahəti dayandırdım. Uzun zaman özümü dinləməyə başladım. Dedim düş...düşə bidiyin qədər düş gör nə olacaq. Dibə get...lap dərinə toxun. Toxundum. Və bu gün...“çamodanımı” toplamışam. Gedirəm. Yaxşıyam? Bilmirəm. Amma dibdə qalmaq istəmədiyimi anladım. Xoşuma gəlmədi. Bu səfərim istəyirəm unutduğum həyəcanımı mənə xatırlatsın”.

Qeyd edək ki, Aynişan sözügedən paylaşımlarından sonra İtaliyaya yollanıb.