WOW
WOW

Ebru Gündeş evlənməyə hazırlaşır

Ebru Gündeş evlənməyə hazırlaşır

Türkiyəli müğənni Ebru Gündeş evlənməyə hazırlaşır.

OLAY yazır ki, sənətçi iş adamı Murat Özdemir ilə nikah masasına oturacaq. Bu barədə türk mətbuatı məlumat yayıb.

Ötən il ortaq dostları vasitəsilə tanış olan ikili daha öncə evlilik keçirib. Belə ki, Ebru 3 dəfə evli olub, azərbaycanlı iş adamı Reza Zerrabdan bir qızı var. Murat Özdemir isə 2 dəfə ailəli olub, 3 övladı var.

Qeyd edək ki, Özdemir Gündeşin böyük fanatıdır, münasibətləri başlamadan öncə, o, ifaçını səhnə aldığı məkanlarda tez-tez izləməyə gedirdi.

Xatırladaq ki, Murat Özdemirin bir dönəm aktrisa Demet Özdemir ilə münasibətləri olub.