WOW
WOW

“Heç mənə seçim də vermədilər”

“Heç mənə seçim də vermədilər”

“Maska” şounun iştirakçıları proqramla bağlı maraqlı açıqlamalar veriblər.

OLAY yazır ki onlar bu barədə “Sabaha saxlamayaq” verilişində danışıblar. “Kəpənək” maskası ilə yarışan Kəmalə Piriyeva və “Xarıbülbül” Aynişan Quliyeva bildirib ki, onlar öz kostyumlarını özləri seçiblər. 

Bu zaman digər iştirakçı Tural Əsədovun reaksiyası marağa səbəb olub. O, yarışma üçün ilk dəvət olunanlardan olsa da, ona seçim şansı verilməyib:

“Deyəsən, kimsə gəlməyib, məni onun yerinə salıblar (gülür). Yəqin kimsə imtina edib. Heç mənə seçim də vermədilər”. 

Xatırladaq ki, Tural Molla Nəsrəddin maskası altında yarışıb.