WOW
WOW

Diananın ev qiymətində olan boyunbağısı - Fotolar

Diananın ev qiymətində olan boyunbağısı - Fotolar

Dubayda yaşayan azərbaycanlı model Diana Əhədpur paylaşımı ilə diqqət çəkib.  

OLAY yazır ki, instaqram platformasında 1, 2 milyon izləyiciyə sahib olan modelin geyimi modasevərlərin marağına səbəb olub.  

35 yaşlı Diana “New Arrıvals” brendinə məxsus geyimini (549 AZN) “Gianvito Rossi” markasına aid ayaqqabı (1691 manat) ilə əvəzləyib. 

Əhədpurun istifadə etdiyi boyunbağı isə sərvət dəyərindədir.  Belə ki, “BVLGARI” məhsulu olan zinət əşyası 247 min 590 AZN-dir, 

Kiçik araşdırmanı “Kim haradan geyinir?” instaqram səhifəsi aparıb. 

Qeyd edək ki, D. Əhədpur iranlı biznesmen Əhədpur Xangah Mənuçehrlə ailəlidir, cütlüyün bir övladı var.