WOW
WOW

Röya Ayxan Yekaterinburqda konsert verəcək

Röya Ayxan Yekaterinburqda konsert verəcək

Xalq artisti Röya Ayxan ilk dəfə Rusiyanın Yekaterinburq şəhərində konsert proqramı ilə çıxış edəcək. 

OLAY yazır ki, tədbir martın 16-da şəhərin “МТС Live Hall” konsert zalında baş tutacaq. Burada 3000-dən çox insan Azərbaycanın pop-kraliçasını canlı dinləyə biləcək. 

Sənətçi sevənləri üçün dillər əzbəri olan hit mahnılarını, həm də yeni albomunda yer alan bəstələri oxuyacaq. 

Tədbiri “Azevent” kütləvi tədbirlərin təşkilatı üzrə agentlik təşkil edir. Biletlərin qiyməti 2500 rubldan (47 AZN) başlayır və “МТС Live Hall”un rəsmi saytından əldə etmək olar. 

Qeyd edək ki, R. Ayxan martın 22-də Moskvada “Vegas City Hall”ın konsert zalında sevənlərinin qarşısına çıxacaq.