Dünyaca məşhur model Bella Hadid üstünlük verdiyi küçə tərzi ilə trendləri istiqamətləndirməyə və ilham verməyə davam edir.
OLAY yazır ki, bir müddət əvvəl Nyu-York küçələrində çəkdirdiyi fotoları İnstaqram hesabında paylaşan model enerjili qış tərzi ilə diqqət çəkib.
O, yaşıl və sarı rəngli sviter dəstinə yorğan detallı jileti uyğunlaşdırıb. Podium ulduzunun üzərindəki ən iddialı detal mavi qulaqlıq olub.
Beləliklə, Beats by Dre və Kerwin Frost-un əməkdaşlığının məhsulu olan bu “bluetooth” qulaqlıq yenidən xanımların əvəzolunmazına çevirilməyə başlayıb.
Bununla da, Bella yeni trend yaratmağı bacarıb.