WOW
WOW

Emil artıq film çəkməyəcək...

Emil artıq film çəkməyəcək...

İçtimai Televiziyada yayımlanan “Əqrəb mövsümü” serialı ilə Azərbaycan izləyicisinin diqqətini cəlb edən Emil Quliyev artıq film çəkməyəcəyini bildirib.

OLAY yazır ki, bu barədə o, “Kinoinfo.az”a müsahibəsi zamanı danışıb. O bildirib ki, ən yaxşısı serialdır:

Hamısından yaxşı serialdır. Sifariş verilir. Sifariş əsasında çəkirəm, təhvil verirəm. Sifarişçi razı, mən razı, heyət razı. Bilirsiniz də, mən bir post da paylaşmışdım bununla bağlı. Kinoteatr sənin pulunu işıq puluna verirsə, biz niyə kino çəkək”? 

Rejissorun etirazı  “Pərdəarxası: Mən burada tək olmuşam” filmi ilə bağılıdır.

Pandemiyadan öncə doqquz gün ərzində işiq, yol, internet olmayan bir məkanda, dağların arasında film çəkən rejissor kinoya göstərilən münasibətə görə deyib ki: “Kinodan elə küsmüşəm ki, məndən olsa, heç vaxt film çəkmərəm. Öz hesabıma 100 faiz daha çəkməyəm. Bu heç, bu söhbət bitdi. Yeddi film çəkdim, bəs elədi”.

Son zamanlar çəkilən filmlər əsasən komediya janrındadır. Bunun əsas səbəblərindən biri də Azərbaycan tamaşaçısının komediya izləməkdə daha çox maraqlı olmasıdır. Bundan başqa, investorlar da komediya janrında olan filmlərə pul ayırırlar. Sponsor da filmdən qazanmaq istəyir:

 “Sponsor niyə öz pulunu boşuna xərcləsin və yaxud da tamaşaçı gəlməyən filmə xərcləsin. İstər-istəməz komediyada kütlə daha böyükdür. “Əqrəb mövsümü” kimi bir serial film kimi çəkilsəydi, mənə elə gəlir ki, kifayət qədər sponsor yığardı. Mənim filmlərimdə təəssüf ki, çox az sponsor olub, demək olar ki, olmayıb. Bütün filmlərimi ya öz, ya da dostlarımın hesabına çəkmişəm.”

Bəs sponsor tapılırsa, müəyyən qədər film çəkilişlərinə dəstəkdə maraqlıdırlarsa, o zaman bizim filmlər niyə dünya arenasına çıxmır? Azərbaycan kinosunun dünyada təmsil oluna bilməməsinin  səbəbi nədir? Emil Quliyev bunun səbəbini keyfiyyət və süjetlə əlaqələndirir: 

“Biz əgər harasa çıxmaq istəyiriksə, birinci gərək keyfiyyətli məhsul olsun. Çəkdiyimiz süjetlər lokal olmamalıdır. dünyəvi olmalıdır ki, istənilən ölkədən baxan hər bir adam başa düşsün. Öz problemi kimi qəbul edə bilsin. Qəhrəmana qarşı simpatiyası olsun. Ən azından, mövzu ona tanış olmalıdır.

Axı müharibə kifayət qədər dünyəvi mövzudur və Azərbaycan da müharibə ölkəsidir. “Əgər biz kommersiya filmlərini nəzərdə tuturuqsa, bu artıq bizdə belə qurulub. Bilmirəm niyə tamaşaçılarımız daha çox komediya filmlərinə gedirlər. Bəlkə problemlərlə bağlıdır, o qədər problem var ki, tamaşaçıların həyatında. Onlar gülüb-əylənmək istəyirlər. Amma bir tərəfdən də təkcə bizdə deyil, dünyada da daha çox komediya filmlərinə baxırlar. Mənə elə gəlir yaxşı mövzu olsa, tamaşı gedib baxacaq”.