WOW
WOW

“Şövkət xanıma arzularımı yetir”

“Şövkət xanıma arzularımı yetir”

“Belə bir incini itirmək mənim üçün böyük faciədir. Sənətkarlar çoxdur, amma Aygün Bəylər musiqi xridarı idi. Bu böyük sözdür. Bunlar dahi Şövkət Ələkbərovaya, Rəşid Behbudova, Arif Babayevə deyilən sözlərdir”.

OLAY yazır ki, bu fikirləri vida mərasimində Əməkdar artist Firuzə İbadova deyib. O, göz yaşları içində mərhumdan danışıb:

“Bu sevgiyıə görə çox sağ olun. Həmçinin Dövlət başçımıza, Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə təşəkkür edirəm. Bu tədbir səliqəli həyata keçməliydi, bu missiya da sizin çiyinlərinizdə idi. Vida mərasimini belə ərsəyə gətirdiyiniz üçün çox sağ olun”.

 İbadova daha sonra üzünü Aygün Bəylərin qızına tutaraq bunları söyləyib:

“Canan, Firuzə nənə sənə qurban olar. Sən tək deyilsən. Gör, Azərbaycan xalqı Aygünümüzü necə sevir. O bizim sevimlimizdir. Nənə, xalaların yanındadır. Mən çox həyəcanlıyam (ağlayır – red), bəlkə də elə söz demək istəyirəm. Amma yolda yadıma düşəcək ki, bunu da deməliydim. Mənim Aygünüm, sənə əlvida demirəm. Nə vaxtsa görüşəcəyik. Sən orada Şövkət xanıma ürəyimdə olan arzularımı yetir. Biz səninlə bu barədə çox danışmışıq...”.