WOW
WOW

“Gəlinim dedi ki, o qız Aygünün kopyasıdır”

“Gəlinim dedi ki, o qız Aygünün kopyasıdır”

“O qədər sevincliydi, hər mahnısını elə gözəl ifa edirdi ki... Sanki birinci dəfədir, oxuyurdu. Hər dəfə mahnını yaşayırdı, yenidən yaradırdı. Bir heykəltəraş, rəssam, aktyor, müəllif, insan kimi... Sizin qarşısınızda o qədər oxumaq istəyirdi ki...”.

OLAY yazır ki, bu sözləri Aygün Bəylərlə vida mərasimində Xalq artisti Həmidə Ömərova deyib. O, mərhumun son konsertindən danışıb:

“Həyatın ən çətin məqamlarını yaşayırdı, amma Heydər Əliyev Sarayındakı konserti böyük ustalıqla verdi. Mən anamı 13 ildir itirmişəm. Zal boşalanda gəlinim dedi ki, bir o qıza baxın, Aygün Bəylərə necə oxşayır. Mən baxdım, gördüm ki, Aygünün kopyasıdır. Dedim, qızısan? Dedi, hə. Şəkil çəkdirdik. Canan, üzümü sənə tuturam, olanı deyirəm. Rəhmətlik nənəm hər dəfə qəbirisitanlığa gedəndə deyirdi ki, ölən bizik, onlar diridirlər. Mən anamın məzarına gedəndə ürəyimi boşaldıram, elə yüngülləşirəm, rahatlaşıram. Həqiqətən ruh deyilən şey var. Onunla təsəlli tapırsan. Həmişə deyirlər, anadan yetim qalırsan. Amma ana səni qoruyucu mələk kimi qoruyur. Bax, bu cür yaşa. Onsuz da Xalqın Aygünə olan məhəbbəti sənə çevrilib, sən onun yeganə yadigarısan. Hər dəfə qəbir üstə gedəndə dərdini boşaldacaqsan, hiss edəcəksən ki, anan yanındadır. Anam rəhmətə gedəndə dedilər ki, şəklini evdən çıxarmaq olmaz. Mən hara getsəm də, onun şəkli yanımdadır. Anam “Qaragilə” mahnısını çox sevirdi. Sənin ananın səsi həmişə qulaqlarında olacaq, sənən lay-lay deyəcək. Səni qoruyacaq. Aygün, Allah sənə qəni-qəni rəhmət etsin. Biz səni çox sevirik və sevəcəyik”.