İctimai TV-də yayımlanan “Maska” şounun növbəti buraxılışı yayımlanıb.
OLAY yazır ki bu dəfə proqramdan ayrılan məşhur aparıcı-aktrisa Kəmalə Piriyeva olub.
O, “Kəpənək” maskası altında iki bölüm yarışıb. Sənətçi birinci buraxılışda “Gülə-gülə”, ikincidə isə “Bu qatarın dalınca baxma” mahnısını səsləndirib.
Detektivlərdən heç biri Kəmalənin adını çəkməyib.