Ötən gün Mərdəkan istiqamətində hərəkətdə olan müğənni Rüfət Axundov sözügedən yolda maksimal sürət həddi 90 olduğu halda, avtomobili 127 km/saatla sürüb. Müğənni bunu əks etdirən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
OLAY yazır ki, Bakı şəhər DYPİ-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, R.Axundovun idarə etdiyi avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb və müvəqqəti mühafizə olunan cərimə meydançasına yerləşdirilib.
Qeyd olunub ki, toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim ediləcək.
Sözügedən görüntüləri təqdim edirik: