“Sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt sakini Vəliyeva Ləman polis əməkdaşları tərəfindən saxlanılıb”.
OLAY yazır ki, bu sözləri DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib.
O bildirib ki, araşdırmaların nəticəsindən asılı olaraq onun hərəkətlərinə hüquqi qiymət veriləcək.