WOW
WOW

Ustalar Vüqarı aldatdı, 4 min ziyana düşdü

Ustalar Vüqarı aldatdı, 4 min ziyana düşdü

Müğənni Vüqar Bariton dələduzluqla üzləşib.

OLAY yazır ki, sənətçinin evində çalışan ustalar onu aldadıblar. Bu barədə ifaçı özü instaqramda paylaşım edib. Vüqar sözügedən şəxslərin şəkillərini paylaşaraq bu sözləri yazıb:

“Bu iki dələduz,ustalıqdan xəbəri olmayan varlıqlar (Rasim və Calal) mənim evimdə işləyirdilər. Evimi bərbad günə qoymuşdular, yazığım gəldi. Dedilər, qalaq işləyək. Dedim, işləyin səhvlərinizi də düzəldin, düzəltmədilər. Hətta biri 350, o biri də 460 manat borclu qaldı. Telefona cavab vermirlər, söz vermişdilər gətirib pulu verəcəklər. 2 aydır gətirmirlər, vurduqları ziyan ən az 3-4 min arasıdır. Sabunçuda yaşayırlar və hər ikisi də Gədəbəydəndir. Azərbaycan polisindən xahiş edirəm bu iki dələduzla bağlı tədbir görsünlər. Əslində dəfələrlə Azərbaycan polisi Elşad Hacıyevin tapşırığına əsasən işimə baxıb”.