Tural Əsədovun “Bakı gündəliyi” verilişinin çəkilişi zamanı maraqlı anlar yaşanıb.
OLAY yazır ki, “Papanin”də baş tutan çəkilişə bir sakin mane olub. Bu zaman “Xəzər” TV-nin əməkdaşı məsələyə müdaxilə edərək həll etməyə çalışıb. Lakin sözgüedən şəxs çəkiliş heyətini narahat etməyə davam edib.
Hadisəyə qəzəblənən Əsədov sakini bir kənara çəkərək onunla danışıb. Aparıcının söylədiklərindən sonra o ərazini tərk edib. Əsədov “Polis adı eşidən kimi aradan çıxdı”, - deyə, bildirib.