Türkiyənin “Kim milyoner olmak ister” yarışmasında Azərbaycanla bağlı suala yer verilib.
OLAY yazır ki, azərbaycanlı iştirakçı Zeynəb Mahmudovaya Şövkət Ələkbərovanın səsləndirdiyi “Füzuli Kantatası” ilə bağlı sual ünvanlanıb.
30 min lirə (təxminən 2 min manat) dəyərində olan sualda əsərin adı soruşulub.
İştirakçı sualı cavablandırmaq üçün “50/50” kömək haqqından istifadə edib.