Məşhur aktyor Robert De Niro onu zorakılıqda ittiham edən keçmiş şəxsi köməkçisi, 41 yaşlı Qrem Çeyz Robinsonun məhkəməsində ifadə verib.
OLAY yazır ki, 80 yaşlı aktyor son dərəcə əsəbiləşib və ona qarşı irəli sürülən bütün ittihamları cəfəngiyyat adlandırıb.
Qrem Çeyz aktyoru "Canal Productions" şirkətində işləyərkən cinsi ayrı-seçkilikdə ittiham edib. De Nironun şirkəti əvvəlcə Robinsonu məhkəməyə verib.
Onu şirkət hesablarından pul vəsaitlərini, o cümlədən şirkətin hava yolu millərində 450.000 dollardan çox pulu şəxsi hesabına köçürməkdə ittiham edib.
O, həmçinin şəxsi əşyalara, yeməyə və səyahətə on minlərlə dollar xərcləməkdə və günlərini "Netflix"-ə baxaraq keçirməkdə günahlandırılır.
Asistent De Nironun onun kürəyini qaşımağa məcbur etdiyini vurğulayıb.
Robinson həmçinin ciddi emosional sıxıntı və reputasiyasına dəyən zərər üçün 12 milyon dollar təzminat tələb edib.