Koronavirusa yoluxan və uzun müddət komada olan müğənni Maksim söz-söhbətə səbəb olan açıqlama edib.
OLAY yazır ki, ifaçı həmin zaman ərzində ətrafında olan insanların onun əmlakını ələ keçirmək istədiklərini bildirib:
"Mən komada idim. 61 gün klinikada yatdım və bu müddət ərzində bütün dünyam sadəcə alt-üst oldu. Təəssüf ki, ətrafımda olan bəzi insanlar əmlakımı mənimsəmək üçün uşaqlarımı necə övladlığa götürə biləcəklkərini araşdırırdılar".
Sənətçi uzun illər birlikdə çalışdığı və etibar etdiyi həmkarları tərəfindən də aldadılıb. Məlum olub ki, müğənninin komandasının üzvləri sənədlərdə onun imzasını saxtalaşdıraraq onun gəlirlərini idarə ediblər. Maksim bu xəyanətin səbəblərini anlamadığını və sadəcə olaraq bu insanları həyatından sildiyini söyləyib.