WOW
WOW

Var-dövləti müsadirə edilən fenomen: "Həddimizi aşdıq"

Var-dövləti müsadirə edilən fenomen: "Həddimizi aşdıq"

Barələrində Maliyyə Cinayətləri İstintaq Şurası tırıfindən araşdırma aparılan sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polat açıqlama yayıblar.

OLAY yazır ki, var-dövləti müsadirə edilən və 15 şirkətində axtarış aparılan cütlük, bu zaman ərzində həddlərini aşdıqlarını vurğulayıblar. 

Açıqlamada deyilir:

“Bu zaman biz də bütün vətəndaşlarımız kimi həyatımızı davam etdirməyə çalışırıq. Hər bir insanda olduğu kimi bizdə də səhvlər var. Ticarətimizi davam etdirərkən müxtəlif insani, dünyəvi səbəblərdən cəmiyyət qarşısında əxlaq və ədəblə bağlı bəzi həddi aşmalar, göstərişlərə yol vermişik. Bunlara görə ilk növbədə Allah dərgahında xəcalət çəkmiş, sizin qarşınızda düşüncəsiz və tərbiyəsiz olmuşuq. Bu proses zamanı biz daha yaxşı anladıq ki, biz bəzən müxtəlif insani zəifliklərə görə həddi aşırıq. Yazılmamış bir qayda var ki, heç vaxt dəyişmir. Deyirlər ki, hər pislikdə bir xeyir var. Bizə qarşı prokurorluqda araşdırması aparılır. Sözügedən istintaq məxfi şəkildə aparılır. Bu araşdırma ilə bağlı MASAK-ın ilkin hesabatı hazırlanıb. Bundan əlavə, prokurorluq dəlillərin toplanması və sözügedən hadisələrlə bağlı araşdırmaları davam etdirir. MASAK-ın hesabatına görə, vergi öhdəliyindən başqa bizə qarşı ittiham, aşkarlanma və dəlil (qara pul, qeyri-qanuni mərc oyunları və s.) yoxdur. Bütün məlumat və sənədlər prokurorluğa və vergi idarəsinə çatdırılıb, bağımızın qazılması da daxil olmaqla bütün əməliyyatlar aparılıb və aparılmaqdadır. Vəkillərimizin qiymətləndirməsi və məhkəmələrimizin hörmət etdiyi ekspertlərin elmi rəyləri belədir ki, vergi öhdəliyindən başqa heç bir mütəşəkkil cinayət, qara pul və ya mərc kimi ittihamlar ola bilməz. Hazırda bütün bank hesablarımız, biznesimizin fəaliyyət göstərdiyi platformalarla bağlı tədbirlər görülüb. Bu proses bir müddət belə davam edərsə, dövlətimizin məşğulluq və vergi gəlirləri baxımından vuracağı itki istintaqdan əldə edəcəyi faydadan qat-qat çox olacaq. Praktikada həmişə belədir. Ədliyyə orqanlarımızdan xahiş edirik ki, onların ixtiyarında olan statistikaya baxsınlar və başlanğıcla nəticə arasındakı fərqi qiymətləndirsinlər”.