WOW
WOW

Reper prodüserini döydü

Reper prodüserini döydü

Kris Braunun prodüseri Abraham Diau, reperin Londonda gecə klubunda onun başına tekila şüşəsi ilə vurduğunu və huşunu itirmiş halda onu döydüyünü açıqlayıb.

OLAY yazır ki, hadisə fevralın 19-da baş verib. Bu hadisədən sonra o, xəstəxanaya yerləşdirilib və reabilitasiya uzun aylar çəkib. 

Diau reperi məhkəməyə verib. Prodüser bildirib ki, o, Braunu təxminən on ildir tanıyır və onu qucaqlamağa gəldiyini düşünüb.

Prodüserin sözlərinə görə, polisdə Braunun hücumu ilə bağlı səs yazısı var. Buna baxmayaraq, reper hamını inandırmağa çalışır ki, hücum edən özü yox, onun komandasından kimsə olub. 

Hadisədən sonra Braun İngiltərəni tərk edərək ABŞ-a qayıdıb. "Kris Böyük Britaniyaya qayıdarsa həbs olunacağını bilir, lakin bundan qaçmaq üçün hələ də əlindən gələni edir" - deyə reperə yaxın mənbə vurğulayıb.