Aparıcı Fira Cəlilova gecə saatlarında küçədə gül satan azyaşlı ilə bağlı paylaşım edib.
OLAY yazır ki, aparıcı azyaşlı qızla ünsiyyət quraraq, onu küçə ticarəti ilə məşğul olmağa kimin məcbur etdiyini öyrənməyə çalışıb.
Azyalşı isə F.Cəlilovadan görüntüləri silməyi tələb edib və “Allah səni öldürsün” kimi qarğışlar edib.
Fira Cəlilova sosial şəbəkə hesabında etdiyi paylaşımına bu sözləri yazıb: “Yetkinlik yaşına çatmayan uşaqları küçə ticarətinə - gül satmağ və dilənməyə məcbur edənlər azyaşlıların əməyini istismar edir. Onlar azyaşlı uşaqları sistemli şəkildə psixoloji təzyiqə məruz qoyurlar. Bu hal cinayət tərkibi daşıyır.
Ümumiyyətlə, Uşaq əməyinin istismarı hallarına qarşı inzibati tədbirlər görməklə yanaşı, uşaq əməyinin istismarının qarşısının alınmasına dair ardıcıl təbliğat-maarifləndirmə işləri aparmalıdır. Bundan əlavə müvafiq qurumlar tərəfindən görülən tədbirlər nəticəsində ölkəmizdə uşaq əməyindən qeyri-qanuni istifadə hallarının sayı minimuma endirilməlidir.
Uşaq əməyini istismar etmək uşaqların hüquqlarını ciddi şəkildə pozmaq, onların fiziki, sosial-əqli, psixoloji və ruhi inkişafına zərər vurmaqdır. Belə halların qarşısının alınmasında birgə səylərin gücləndirilməsi mütləqdir!”