Müğənni Svetlana Lobodanın şəxsi həyatı hər zaman gizli saxlanılıb.
OLAY yazır ki, pərəstişkarları hələ də ifaçının kiçik qızının əsl atasının kim olması ilə bağlı iddialar irəli sürürlər. Lakin müğənninin sevgililəri haqqında heç kim heç nə bilmir.
Ancaq Loboda haqda yeni xəbər yayılıb. Onun ailə həyatı qurduğu iddia edilib. Buna səbəb isə ifaçının "İnstagram"dakı son paylaşımı olub.
Görüntüdə gül buketi, üzük, kostyumda olan naməlum şəxs yer alıb.