Müğənni Pink karyerasının əvvəlində həddindən artıq dozada narkotik qəbul etdiyi üçün ölümlə üz-üzə qaldığını etiraf edib.
OLAY yazır ki, 44 yaşlı Pink 1995-ci ilin noyabrında, ilk səsyazma müqaviləsini imzalamazdan bir neçə həftə əvvəl, müxtəlif narkotik maddələri həddindən artıq dozada qəbul edib. Həmin vaxt isə ölümdən döndüyünü vurğulayıb.
O, bunu yeniyetmə vaxtı ailəsində baş verən hadisələrlə əlaqələndirib: "Valideynlərimin hər gün bir-birinin üstünə qışqırdığı, əşyalar atdığı evdə böyümüşəm. Onlar bir-birlərinə nifrət edirdilər. Sonra narkotikə başladım. Narkotik satdım. Sonra da evdən qovuldum" - deyə ifaçı bildirib.