Məşhur model İrina Şeyk və idmançı Tom Bredi dörd aydan az müddət ərzində görüşdükdən sonra ayrılmaq qərarına gəliblər.
OLAY yazır ki, onların arasında heç bir mübahisə yaşanmayıb. Onların ayrılığı çoxları üçün sürpriz olmayıb. Çünki İrina və Tom oktyabr ayını bir-birindən uzaqda keçiriblər.
Tom Bredi Mayamidə istirahətə yollanıb, Şeyk isə Nyu-Yorku tərk etməyib.
Qeyd edək ki, məşhurlar sonuncu dəfə sentyabrın ortalarında bir yerdə görüntüləniblər.