WOW
WOW

"Son bir ildə çox saxta hicablı rola girənlər də tanıdım"

"Son bir ildə çox saxta hicablı rola girənlər də tanıdım"

Aktrisa Ülviyyə Xəlilbəyova onu əsəbləşdirən vəziyyəti açıqlayıb.

OLAY yazır ki, aktrisa bununla bağlı izləyicisinin sualını cavablayan zaman deyib. 

Ü.Xəlilbəyova onu saxta, əslində olmadığı kimi özünü təqdim edənlərin əsəbləşdirdiyini vurğulayıb: "Hə, bir də saxta dindarlar. Dindarlara qarşı olan münasibətimi dəyişənlər (uzaq yaxşıalrdan). Heç kimin xətrinə dəyməsin. Son bir ildə çox saxta hicablı rola girənlər də tanıdım. Soyudum. Din Allahla sənin arandadır. Onu reklam edən də saxtadır mənə görə. 20 il namaz qılmışam. Ətrafımda ailəmdən başqa heç kim bilməyib. İndi qılmıram. Günahı da mənim boynumadır".